Əməkdar artist Mətanət İsgəndərli "Gəlin danışaq verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, müğənni Zeynəb Xanlarova ilə bağlı maraqlı açıqlamalar verib:
"Hər müğənninin konsertini Azərbaycan televiziyasında verməzdilər. Biz gecə-gündüz işləyirdik. Çətinliklərlə bu pilləyə çatmışıq. Zəhmətlə onlara nail olurduq. Asif Kərəmoğlu Sarayda mənim konsertimi təşkil elədi. Çox uğurlu konsert oldu. Nüsrət Kəsəmənli, Vaqif Gərayzadə və digərləri konsertimə gəlmişdilər. Zeynəb Xanlarova mənə məktub göndərmişdi. Bunlar mənim üçün sürpriz olmuşdu. Səhnədə eşitdim, ağladım. Sevincimin həddi-hüdudu yox idi. Göyün yeddinci qatındaydım. Zeynəb xanım mənə çox dəstək oldu".