İtaliyalı futbolçu Salvatore Bokketti ötən gecə İstanbulda "Vodafone Arena" stadionunun çıxışında baş vermiş terror aktından sonra "Beşiktaş" klubu ilə danışıqlardan imtina etdiyini bildirib.

Unikal.org xəbər verir ki, indi 30 yaşlı futbolçu "Qalatasaray"la danışıqlara başlayıb.
Hazırda Moskvanın "Spartak" klubunda çıxış edən müdafiəçi, qeyri-rəsmi məlumatlara görə, illik 2 milyon avro maaş alır. "Qalatasaray" ona 2,5 milyon avro əməkhaqqı söz verir.

Nüfuzlu transfermarkt.de portalında oyunçunun transfer dəyəri 5 milyon avro həcmində qiymətləndirilir. Bununla belə, "Qalatasaray" Moskva klubuna italiyalı futbolçuya görə cəmi 2,9 milyon avro təklif edib.