Ukrayna hüquq-mühafizə orqanları 34 yaşlı qanuni oğru Tenqiz Çarayanı Türkiyəyə deportasiya edib.
Unikal.org-un Rusiya KİV-nə istinadən məlumatına görə, "Tenqo Qalski ləqəbli qanuni oğru Kiyevin "Borispol hava limanında saxlanılıb və 6 saatdan sonra İstanbula yola salınıb.
Tenqiz Çaraya qanuni oğru adını 2014-cü ildə alıb. Onun taclandırılmasında "Şakro Molodoyla birgə "Dato, "Kuso və digər oğrular iştirak edib. Çaraya "Şakro Molodoya yaxın kriminal avtoritetlərdən sayılır.