Müğənni Səidə Sultan şəxsi həyatından danışıb.
Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki, hazırda həyatında heç kim yoxdur:
"Həyatımda hazırda heç kim yoxdur. Mən sevgi yaşayıramsa, yoxa çıxıram. Bütün fikrimi sevdiyim şəxsə ayırıram, ancaq onu düşünürəm. Bəlkə də, belə qadın olmaq lazım deyil, kişilər ifritə qadınları sevir. Bəzi tamaşaçılar məni ifritə kimi görə bilər, amma mən elə deyiləm. Hələ ki, həyatımda sevgi yoxdur. Bilmirəm ki, niyə münasibətlərim alınmır. Mən kişi ilə baş-başa gedən adamam. Mənə desə ki, səni vurub öldürərəm, eyni cavabı ona qaytararam. Ola bilər ki, bu xüsusiyyətim məni uğursuzluğa düçar edir.musavat