"ATV maqazin onlarla verilişi Tünzalə Ağayevanın təşkilatçılığı ilə baş tutan autizm xəstəliyinə qarşı keçirilən tədbirdən sujet hazırlayıb.
Unikal.org-un məlumatına görə, tədbirdə iştirak edən dostlar Natavan Həbibi və Elnur Məmmədov bir-birlərinə salam verməyiblər.
Saatlarla eyni masa arxasında duran müğənnilər bir-birləri ilə kəlmə belə kəsməyiblər. Onlar küsülü olmaları barədə danışmaq istəməsələr də, İnstaqram səhifəsindən bir-birlərini dostluqdan çıxarmaları buna sübut ola bilər.