Müğənni Tarkan Beşiktaşda 44 nəfərin dünyasını dəyişməsi ilə nəticələnən terror hadisəsini pisləyib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, o, kədərini sosial şəbəkə vasitəsi ilə paylaşıb:
"Nə qədər kədərli olduğumu, içimin necə göynədiyini, yandığını başa sala bilmərəm. Nə zaman bitəcək bu ölümlər? Nə zaman qovuşacağıq əmin-əmanlığa? Nə zaman günə ümidlə oyanacağıq? Bu ölkə, bu millət yazıqdır... Kəlmələr kədərimi ifadə etməyə aciz və yetərsizdir artıq. Bu xain hücum nəticəsində həyatını itirən onlarla məsum insanın ailə və yaxınlarına baş sağlığı, yaralılara şəfa diləyir, terroru bir daha lənətləyirəm".