Bülənt Ərsoy bir neçə gün əvvəl İstanbulda baş verən dəhşətli terror hadisəsini lənətləyib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni terrorda vəfat edən şəxslərin ailəsinə başsağlığı verib. O, bu barədə sosial şəbəkədə status yazıb:
"Möhtərəm Türk Milləti hamımızı dərin kədərə və yasa boğan terror aktında həyatını itirən gənc qardaşlarımızı, övladlarımızı itirməyin acısını ürəyimdə hiss edirəm. Həyatlarını itirən şəhid qardaşlarıma Uca Allahımdan rəhmət diləyirəm. Onların ailələrinə isə səbir arzu edirəm. Yaralanan vətəndaşlarımıza isə Rəbbimdən da şəfalar diləyirəm. Bu ölkənin bir vətəndaşı olaraq arzum odur ki, Böyük Türkiyə və Uca Türk Milləti bir daha şəhid cənazələrinə görə ağlamasın! Hər dəfə "Şəhidlər ölməz, vətən bölünməz!" deyirik, amma aslan kimi qardaşlarımızı, övladlarımızı, həyat yoldaşlarımızı, atalarımızı göz yaşları içində yenə də yenə torpağa tapşırırıq. Allah eşqinə artıq ölüm yerinə çıxış yolu tapılsın. Və bitsin bu əzab və iztirab!
Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.