Ötən gün aktrisa Pərvin Abıyevanın anası Arzu xanımın ad günü olub.
Unikal.org xəbər verir ki, aktrisa anasının 50 yaşı tamam olub. Sənətçi onu sosial şəbəkədə belə təbrik edib:
"Ömrümün geri qalanını düşünmədən sənə verərəm, uzun və sağlam yaşayasan deyə. Bacım, qardaşım sənin həsrətini çəkməsin deyə. Böyüklükdən əskik olmayasan. Hər zaman var olasan. Amma bilirəm ki, mənsiz sən də olmarsan, dünyalar gözəli anam. Ona görə Allah bizi bir-birimizə çox görməsin. Nə sən biz övladlarının acısını, nə də biz sənin acını görməyək inşallah. 50 yaşın, yubileyin mübarək. Mənə həm nəfəs verən, həm də nəfəsim olan Arzum. Ad günün mübarək!"