Dünya şöhrətli model Adriana Lima Suriyanın Hələb şəhərində baş verən hadisələrə laqeyd qala bilməyib.
Unikal.org xəbər verir ki, model bu barədə sosial şəbəkədə ürəkdağlayan status yazıb. O, YUNİSEF-ə müraciət ünvanlayaraq baş verən olaylara son qoyulmasını tələb edib.
Adriananın #SaveAleppoUNICEF həştəqi ilə paylaşdığı statusunu olduğu kimi təqdim edirik:
"Hələbdə baş verənləri görəndə ürəyim parçalanır. Xahiş edirəm ki, sevildiyinizi heç vaxt unutmayın, səsimizi sizin üçün qaldırırıq və baş verənlərə etiraz edirik. Hər kəsdən xahiş edirəm ki, bu faciəli vəziyyət barədə öz etirazınızı yaymağa davam edin! Hələbi qoruyun!
Qeyd edək ki, Suriyanın hökumət qüvvələri bir neçə gün əvvəl müxalifətin əsas qalası hesab olunan Hələb şəhərini ələ keçirib. Birləşmiş Millətlər Təşkilatına çatan son məlumatlara görə, Hələb şəhərində rejim gücləri ən azı 82 dinc sakini öldürüb. Onlardan 11-nin qadın, 13-nün isə uşaq olduğu bildirilir.