Daha bir müğənni Rəqsanə Xəzər dənizində 10 neftçinin itkin düşməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Unikal.org  xəbər verir ki, ifaçı itkin düşən fəhlələrin ailəsinə başsağlığı verib:

"Allah köməkləri olsun. Adamın içi qan ağlayır. Bir parça çörəyi üçün soyuğun, şaxtanın qabağında əziyyətlə, zülümlə balalarına, ailələrinə çörək qazanırlar. İndi də bu boranlı, şaxtalı havada itgin düşüb, bədbəxt olurlar. Allah köməyiniz olsun əzizlərim. Allah güc versin, sağ salamat geri dönəsiniz. Ailələrin sizə ehtiyacı var. Allah özü dayaq olsun".