Atatürk hava limanında təhlükəsizilik qüvvələri tərəfindən PKK üzvü olan bir terrorçu ələ keçib.

Unikal.org Milliyet-ə istinadən xəbər verir ki, tutulan şəxsin üzərində aparılan axtarış zamanı başqa bir terror təşkilatı üzvünün telefon nömrəsi tapılıb.

Türkiyə Təhlükəszilik İdarəsinin araşdırması sonrası nömrənin separatçı terror təşkilatı PKK / KCK üzvü olan bir terrorçuya məxsus olduğu məlum olub.