Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın Al-Midan rayonunda, polis şöbəsinin qarşısında qeydə alınıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, azı 5 nəfər yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. İnsidentə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.