ABŞ-ın Karneqi Mellon Universitetinin kompüter məktəbində 1973-cü ilin ilk internetinin xəritəsi tapılıb.
Unikal.org xəbər verir ki, İncəsənət Muzeyinin əməkdaşı Karnegi Devid Nyuberi bu barədə məlumatı öz twitter səhifəsində dərc edib. 1973-cü ildə ABŞ-da ARPANET şəbəkəsi 36-dək mərkəzə birləşdirilmiş 42 kompüterdən ibarət olub.
Xəritənin yaradılmasından cəmi bir neçə ay sonra ARPANET Norveçdə və Londonda server istifadəyə verərək beynəlxalq şəbəkəyə çevrilib. Şəbəkəyə ABŞ-ın ən böyük universitetləri, o cümlədən Kaliforniya, Harvard, Stenford universitetləri qoşulub. Xəritədə nodlar - baza marşrutizatorları kvadratlarla, müştəri kompüter və serveri isə oval işarələrlə qeyd olunub.
ARPANET (Advanced Research Projects Agency Network) şəbəkəsi 1969-cu ildə ABŞ-ın perspektiv tədqiqatlar üzrə Müdafiə Nazirliyi agentliyində (DARPA) yaradılıb və müasir internetin prototipi olub.