"Hamıdan küsmüşəm. İstəyirəm hər şeylə qurtarım, bütün dostlarımla münasibəti bitirim, telefon nömrəmi dəyişim, hamıyla "salamı kəsim.
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Xatirə İslam "ATV maqazin onlarla verilişinə açıqlamasında deyib.
Sənətçi həmkarlarını ikiüzlülükdə günahlandırıb:
"Ətrafında olan insanların hamısı yalan danışır, özünü düşünür. Hörmətli insansansa, sözün keçir, hamı başına yığışır. Ayağın büdrəyən kimi uzaqlaşırlar. İnstaqramdan da hamını çıxardım, izlədiklərimin sayı sıfırdır. Heç kimi görmək istəmirəm. Bəzən məclisdə oturursan, biri gəlir, rus dilində danışmağa başlayır. Özünü elə aparır ki, guya bu ancaq konsertlərdə oxuyur, toylara getmir. Sənin kimilər ayda məndən çox toya gedir. İnsan nə qədər aktyorluq edər? Toy haqqında sual verirsən, sənə elə sərt cavab verir ki, elə bil nəsə alçaq söz dedin. Başqalarına toy müğənnisi kimi baxır, özünü o cür qəbul etmirsən? Hamısı obraza giriblər. Şəxsi həyatlarını danışmırlar, sual verəndə "salam-sağ ol, bəli" deyirlər. Fikir verirəm onlar heç vaxt İnstaqrama toydan foto qoymurlar. Onları qəbul etmirəm, özünüz olun. Kimə nəyi sübut etmək istəyirsiniz?".