Türkiyənin 16 yaşlı qalmaqallı ulduzu Aleyna Tilki ilə bağlı daha bir iddia səsləndirilib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Fülinn qatıldığı bir proqramda "Aranjemançı Əmrah Karaduman mənə 2 il əvvəl Aleyna Tilki ilə xəyanət etdi" deyib.
Vəkil Osman Taşdemir bu sözlərdən çıxış edərək iki il əvvəl Aleyna Tilki 14 yaşında olduğu üçün Karadumanın "Uşaqları cinsi istismar" etmək ittihamı ilə prokurorluğa şikayət edib.
Qeyd edək ki, A.Tilki Ə.Karadumanla birgə hazırladığı "Cevapsız çınlama" mahnısı ilə məşhurlaşıb.