Bu gün Xalq artisti, mərhum aktrisa Gülşən Qurbanovanın doğum günüdür.
Unikal.org xəbər verir ki, Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda doğulub. Aktrisa Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1974). Həmin ildən Gənc Tamaşaçılar Teatrında çalışıb.
Mərcan ("Mənim nəğməkar bibim, Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır, S.Qədirzadə), Çiçək ("Ana laylası, İ.Coşqun), Nabat ("Tamahkar, S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan, Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq, Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası, Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey, C.Məmmədov), Gülnaz ("Pul dəlisi, Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir, Ə.Əmirli) və s. rolları ilə yadda qalan obrazlar yaradıb.
Məşhur aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı olub.
Aktrisa 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirib, 56 yaşında Bakı şəhərində vəfat edib.