Rusiyanın Türkiyədəki səfiri Andrey Korlov xəstəxanada dünyasını dəyişib.

Unikal.org-un məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir qeyd edib ki, hadisə baş vermiş incəsənət mərkəzinin ərazisinə dərhal çevik polis alayının əməkdaşları cəlb edilib.

O bildirib ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib. Silahlı hücumu törədən şəxs zərərsizləşdirilib.

Nazir həmçinin hadisə zamanı daha 3 nəfərin yaralandığını, onlardan birinin artıq evə buraxıldığını, daha iki nəfərin isə müalicəsinin davam etdiyini, onlardan birinin ayağından, digərinin isə qolundan yaralandığını qeyd edib.