Rusiyanın NTV kanalında yayımlanan "Ты не поверишь! ("Sən inanmayacaqsan) adlı verilişi müğənni Filipp Kirkorovun Bakı səfəri haqda süjet hazırlayıb.

Unikal.org-un məlumatına görə, proqramda F.Kirkorovun Bakıda beşulduzlu oteldə, günü 250 min rubl, yəni 7100 manat olan prezident dairəsində qaldığı vurğulanıb. Dairə 5 otaqdan ibarətdir. Otaqlar italyan mebeli ilə dizayn edilib.

Qeyd edək ki, müğənni dekabrın 10-da Bakıda solo kosnert vermişdi.