"Gör insan nə qədər düşüncəsiz olar. Cem Yılmaz ümumi əsgərlikdən danışıb, mən isə öz əsgərliyimdə başıma gələndən danışmışam. Sonra deyirlər ki, Fərda Cem Yılmazdan əsgərlik mövzusunu oğurlayıb. Məgər mən əsgərliyə getməmişəm? İndi mən yalandan danışıram?".
Unikal.org xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "ATV maqazin onlarla" verilişində deyib. Yumoristi oğurluqda ittiham ediblər:
"O onun əsgərlikdə, bu da mənim əsgərlikdə başıma gələnlərdi. Mənim elə mövzum olub ki, mən onu 2010-ci ildə danışmışam, Cem Yılmaz isə son konsertində danışıb. Belə çıxır o da məndən oğurlayıb. Mövzu hər yerdə eynidir. Zarafat oğurluq sayıla bilər. Məsələn mən demişəm ki, qadınlar günə 30 min kəlmə işlədir. Dedilər ki, bunu yumor ustası Atalay Demirçi deyib. Bu statistikadır, girin internetdə maraqlanın".