Dekabrın 24-də İçərişəhərdəki "Bəylər məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı məsciddə yaradılan "Müqəddəs əmanətlər ekspozisiyası ilə tanış olublar.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər.

Dövlət başçısı teatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı teatrın binasında yaradılan şəraitlə tanış oldular.

Sonda xatirə şəkli çəkdirildi.