Gürcüstanda narkotik vasitə olan marixuananın az miqdarda istifadəsinə görə həbsxana cəzası ləğv edilib.

Unikal.org xəbər verir ki,"Qruziya Online" agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli məhkəmə qərar alıb.

Qeyd edək ki, Ombudsman aparatı həbsxana cəzasının ləğv edilməsinin təşəbbüskarı olub.