Şişkinlik müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Şişkinliyin səbəbləri arasında ürək və böyrək xəstəlikləri, hormonal pozulmalar, varikoz xəstəliyi və s.

Unikal.org bildirir ki, bəzən sağlam insanlarda da uzun müddət ərzində ayaq üstə qaldıqdan və ya çoxlu maye qəbul etdikdən sonra şişkinlik əmələ gələ bilər.

Şişkinlik sizi tez-tez narahat edirsə vaxt itirmədən həkimə müraciət edin və lazım olan müayinələrdən keçin.

Sizə şişkinliyi azaldan faydalı təbii dəmləmənin reseptini təqdim edirik.

Axşamdan termosda 100 qr ərik qurusunu 1 stəkan qaynar suda dəmləyin. Növbəti gün dəmləməni gün ərzində 2 dəfə yarım stəkan olmaqla için və meyvələrini yeyin.

Kaliumla zəngin olan bu dəmləmə orqanizmdən şişkinliyə səbəb olan artıq mayeni çıxartmağa kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır.