Quranda adı keçən min dərdin dərmanı meyvə.

Xurma- Pankreasda insulin ifrazını normala salaraq qanda olan şəkərin səviyyəsini tənzimləyir. Doğuşun daha asan keçməsinə şərait yaradar. (Qurandakı "Məryəm" surəsi) Süd hormonlarını hərəkətə gətirərək, ana südünü artırar. ("Məryəm" surəsi) Peyğəmbər s.ə.s "Qadınlarınıza doğuşdan sonra xurma yedirin. Kim bu zaman kəsiyində xurma yesə, onun uşağı ağıllı və sözəbaxan olar" deyir. Çünki xurma Hz.Məryəmin ana olandan sonra əsas qidalarından biri olmuşdur. Beləki, xurmadan daha yaxşı bir qida olsaydı, Allah digər meyvələri də ona göstərərdi. Tərkibində olan "Dekstroz" və "Früktroz" dərəcəsi yüz 75 və 87 faiz arasında dəyişir. "Qlikoza" yoxdur. Tərkibində- A, C, B1, B2, B3, B6, B9(folik asit), B12, K vitaminləri, betakaroten, xüsusilə də oligo elementlerəi vardır.

A vitamini bilindiyi kimi çox faydalı bir anti-oksidandır . Bu da məşhur göz xəstəliyi olan xalq arasında, toyuqkorluğu adı ilə tanınan gecə korluğunun qarşısın alar. Həmçinin ağız və ağciyər xəstəliklərində də olduqca təsirlidir.

Betakaroten (pro vitamin A) təbiətdə təbii olaraq olan A viamininin ilk formasıdır. Bu vitamin, bədənimizdəki DNA, hüceyrə pərdəsi və protein quruluşunu dəstəkləyir. Bununla da ürək və damar xəstəliklərinin yaranmasının qarşısın alır. Sperma yaranmasına kömək edər.
Zeaksantin maddəsi ilə qocalıqla əlaqədar olaraq əzələlərin zəifləməsinin qarşısın alar. Sidikqovucu təsiri vardır. Çox lifli olduğu üçün, bağırsaqların işləməyini tənzimləyər.

Beləliklə qəbizliyin bir nömrəli dərmanıdır. Eyni vaxtda çox lifli olduğu üçün, pis xolestrol olan LDL-nin düşməsinə səbəb olur. Bağırsaq xərçənginə səbəb olan kimyəvi maddələri azaldır. İçində flavonoid, polifenol anti oksidanı olaraq tanınan tanin maddəsi vardır. Tanin iltihabı, bədəndəki qanaxmaların qarşısın alan bir maddədir. Həmçinin işində oligo element ( az tapılan elementlər) vardır. Bunlara Sodium, Potasium (Bananın tərkibindəkindən 2.5 dəfə çoxdur), kalsium, dəmir, mis, manqan, çink, magnezium, kükürd, xlor, fosfor, florin (Digər meyvələrdən 4 dəfə çoxdur. Diş əşti və diş sağlamlığı üçün vacib vitaminlərdəndir.) Dəmir Xurmanın içində 0.9mg/100 qram vardır. Qan hüceyrələrinin içindəki qanın rəngini verən hemoqlabinin yaranmasında ən təsirli mineraldır. Gündə 15 ədəd orta boy xurma, bir insanın bir günlük dəmir ehtiyacını ödəyir. Potasium- Ürəyin döyünmə sürətini və qan təzyiqini tənzimləyir. Kalsium və fosfor- Sümüklərin əriməsinin qarşısın alar. Mis- qan jüceyrələrin yaranmasına kömək edər. Bu saydığımız özəlliklər dən başqa aclığı gecikdirdiyi üçün, arıqlamaq üçün çox yardımçı bir meyvədir. Xüsusilə çox acanda və çox şirniyyata ehtiyac olanda, 10 ədəd ağ və sarı ləbləbi 2 xurma ilə yeyilib, üstünə 1 stəkan su içilərsə 2-3 saat ərzində aclıq hiss olunmaz.