Gürcüstanın paytaxtı Tbilisidə ekstremal yeni inşa olunan göydələndən tullanıb.
Unikal.org xəbər verir ki, görüntülərdə idmançı şəhərin Çavçavadzə küçəsində yerləşən, hündürlüyü 147 metr olan "Axis Towerdən özünü atır.
Göydələndən özünü atan idmançı paraşütü açır, 30 saniyədən sonra şəhərin mərkəzi küçələrindən birinə enir. Ekstremalın hərəkəti şəhər sakinlərinə həyəcanlı anlar yaşadıb.