Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

Bu barədə Unikal.org-a "AzərişıqASC Mətbuat Xidmətindən məlumat daxil olub.  

Qeyd olunur ki, bununla əlaqədar olaraq "Azərişıq ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilmiş və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb. Narahatlığa görə "Azərişıq ASC abonentlərindən üzr istəyir.