"Star Wars" ("Ulduz müharibələri") film seriyasının aktrisası Kerri Fişerin ölümündən bir neçə gün sonra anası Debbi Reynolds da 84 yaşında vəfat edib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, aktrisa özü kimi film dünyasında tanınan qızının ölümünə tab gətirə bilməyib. O, qızının ölümündən sonra "Facebook"da yazıb:

"Sevgili və gözəl qızımın Tanrı vergisi istedadına qucaq açan hər kəsə təşəkkürlər. Düşüncələriniz və dualarınız üçün minnətdaram".

Debbi 60 yaşlı qızının ölümündən sadəcə 24 saat sonra dünyasını dəyişib. Onun meyiti oğlu Todd Fişerin Los-Ancelesdəki evində aşkar edilib.

Картинки по запросу Kerri Fişer