Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Şaxta baba geyimində uşaqları təbrik edib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə nazir öz feysbuk hesabında məlumat paylaşıb. Şaxta baba libası geyinən Kaladze nazirlik əməkdaşları ilə birgə Tbilisi küçələrində uşaqlara hədiyyələr verib, fotolar çəkdirib.

O, "Biz uşaqları sevindirdik. Mən də balaca olanda nağıllara və möcüzələrə inanırdım. Elə ki, bir az böyüdüm möcüzələrin yalnız nağıllarda olduğunu anladım. Bir az da böyüdükdən sonra isə öz nağılımı yaratmaq qərarına gəldim,-deyib.