"Nəqliyyat Naziri Ziya Məmmədovun nə nəslində dövlətçilik prinsiplərinə zidd hərək edən və yaxud buna xələl gətirə biləcək insanlar olmayıb"
 
 Sabiq deputat, Ziya Məmmədovun qardaşı Elton Məmmədov Unikal.org saytına müsahibə verib.  
-Salam Elton müəllim...
-Salam...
-Bayramınız mübarək olsun..
-Çox sağ olun. Sizinlə bahəm...
-Elton müəllim nə işlə məşğulsuz? Deputatlıq üçün darıxmırsınız?
-Yox hazırda işləyirəm. Azərbaycan Texniki Universitetdə labaratoriya müdiri olaraq elmi layihələrimlə məşğulam. 
-Başqa fəaliyyətiniz varmı?
-Başqa fəaliyyətim dövlətimə, xalqıma xidmət etməkdir.
-Bəs biznes fəaliyyətinizi davam etdirirsinizmi və devalivasiyanın işinizə təsiri varmı?
-Qanunvericiliklə qadağan olunmayan bütün işlərlə məşğulam. Xalqıma, dövlətimə xidmət edirəm. Dövlət rəhbərimə sədaqətliyəm. Pedoqoji, elimi fəaliyyətimi davam etdirirəm. Bir daha qeyd etmək istəyirəm ki, qanun nəyə icazə verirsə o işlərlə məşğulam.
Biznes fəaliyyətimə gəldikdə isə, mənim biznesim yoxdur. Dolların qalxmasının mənə aidiyyati yoxdur. Hər bir insana yaşadığı mühitdə nə baş verirsə ona təsir qüvvəsi var. Devalvasiyanın sizə də, mənə də təsiri var. sizdə əmək haqqı alırsız, mən də. Düzdürmü? Siz o əmək haqqı ilə Avropaya gedirsinizsə pulunuzu avroya çevirəndə təbii ki, təsiri olur. Mən də bu dövlətin vətəndaşıyam. Yəqin ki, mən də bu əmək haqqımla imkan olub bir yerə getmək istəyəndə onu həmin dövlətin valyutasına çevirəndə təbii ki, təsiri var. 
-Hansısa vəzifəyə getməyi düşünürsünüzmü? Bu haqda söz-söhbət də gəzir..Nə deyə bilərsiz?
-Mənim vəzifəyə getməyimdən xəbərim yoxdur. Əgər belə bir hal olarsa bunu səlahiyyət sahibi bilər. Onu nə siz, nə də ki, mən bilərəm. Mənim bundan xəbərim yoxdur. Belə bir məsəl var. Deyir qız evində toy gedir, oğlan evinin xəbəri yoxdur(gülür-red).
-Elton müəllim digər söz-söhbətdən sizə sual vermək istəyirəm..
-Buyur..
-Sizcə qardaşınız Ziya Məmmədovun rəhbərlik etdiyi qurumda səlahiyyətlərinin azaldılmasına səbəb qohumları oldu? Belə deyilir ki, cənab nazir öz qohumlarına rəhbərlik etdiyi qurumda bir sıra səlahiyyətlər verdi. Onlar da bundan istifadə etdilər və sonda Ziya Məmmədovun nüfuzuna xələl gəldi...
-Qətiyyən belə bir hal ola bilməz. Yenə deyirəm ki, heç bir qohum hansısa vəzifəli şəxsin səlahiyyətinin azalmasında günahkar ola bilməz. Səlahiyyəti verən ölkə rəhbəridir, bizim qanunlarımızdır. Dövlətin idarə olunması, bu sistemin təkminləşməsi də müstəsna səlahiyyət sahibi olan ölkə rəhbərinin göstərişi ilə ola bilər.  Ziya Məmmədovun kifayyət qədər dövlətinə, xalqına xidmət edən əqidəli, yüksək təfəkkürlü, qohum-əqrabası var. Ona görə, heç vaxt Ziya Məmmədovun nəslində dövlətçilik prinsiplərinə zidd hərəkət edən və yaxud buna xələl gətirə biləcək insanlar olmayıb, ola da bilməz. Bunlar yanlış bir məlumatdır. 
-Mənim sualım qohumları Ziya Məmmədovun nüfuzuna xeyli əngələr yaratması ilə bağlıdır. Misal üçün ölkə rəhbərliyi Azərbaycan Dəmir Yollarını müstəqil qurum etdi və sonda araşdırma zamanı burada texniki təchizatın tam köhnə olması müəyyən edildi..
-Siz özünüzə sərf edən variantda söhbəti fırlatmayın. Ziya Məmmədovun heç bir səlahiyyətlərində, səlahiyyətlərinin icra olunmasında nöqsan olmayıb və ola da bilməz.  O nöqsanları bu gün Ziya Məmmədovun ayağına yazmaq düzgün deyil. Bütün sahələrdə problemlər var və bunun həlli ilə məşğul olan rəhbər var. Mövcud infrastrukturdakı problemlərin texniki təchizatla bağlılığı hansısa insanın fərdi yanaşmasından aslı deyil. Bunların hamısının arxasında böyük maliyyə mənbələri durmalıdır. Bu cür olan halda icraya yönəldilir və icra olunur. Kiminsə bunları nöqsan kimi göstərməsi hesab edirəm ki, düzgün yanaşma deyil. Ona görə o sahədə kifayyət qədər işlər görülübdür. Bu gün Azərbaycanın şimalına, şərqinə, qərbinə harasına getsən ölkə rəhbərinin dəsti xətti görünür. Bu gün yol-nəqliyyat infrastrukturunun bərpa olunması, yenidən layihələrin işlənməsi ölkə rəhbərinin siyasəti əsasında həyata keçirilir. 
Kifayət qədər respubilkada yol-infrastrukturu sahəsində uğurlu layihələr həyata keçirilib. Ziya Məmmədov da komandası ilə bu işərin öhdəsindən layiqincə gəlib. 
 
AMİD ƏYYUBOĞLU