"Manifest filminin treyleri təqdim olundu.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, alman rəssamı Culian Rozenfeld əvvəlcə art-layihə düşünsə də, sonradan ideya filmə çevrilib.
Filmdə bütün rolları Hollivud aktrisası Keyt Blanşett canlandırıb -o, gah balerina, gah evsiz rok-ulduz, gah məktəb müəllimi olub.
Blanşet hər obrazında məşhur incəsənət xadimlərinə həsr olunmuş monoloq səsləndirir.
90 dəqiqəlik filmin premyerası yanvarın 19-20-nə planlaşdırılır. Film ilk dəfə "Sandens" film festivalında nümayiş etdiriləcək.