Parisdə Rusiya səfirliyinin yaxınlığındakı prospektə Aleksey Navalnının adı veriləcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Fransa paytaxtının 16-cı dairəsinin deputatları yekdilliklə Paris prospektinin Şantmess adının dəyişdirilməsinə səs veriblər.
Rusiya səfirliyinin yaxınlığında iki küçənin kəsişməsi navalnı prospekti adlandırılacaq.
Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.