Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
"Unikal" xəbər verir ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.
Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.
*** 17:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.
"Unikal" xəbər verir ki, qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-la bağlı rəsmi dəvət məktubu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.