Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı Türkiyə lideri bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalı, regionda sabitliyə nail olunmalıdır.
“Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyiş onu sevindirir, mayın 10-da Almatıda keçiriləcək xarici işlər nazirlərinin görüşündən müsbət nəticələr gözləyir və tezliklə sülh sazişi imzalanmalı, regionda onun səy göstərdiyi sabitliyə nail olunmalıdır”, – Türkiyə liderinin ofisinin bəyanatında deyilir.
Ərdoğan həmçinin bildirib ki, “Türkiyə və Azərbaycan kənardan birtərəfli və qərəzli müdaxilənin və regionun geosiyasi fikir ayrılıqları zonasına çevrilməsinin qarşısını almaq üçün sıx əməkdaşlığı davam etdirəcək”.
Nuranə Abbasova