Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin əss diqqətin Rusiya ilə Ermənistan arasında münasibətlərin iqtisadi gündəliyinə cəmlənməsi təklifini qəbul etməyib. 

"Unikal" xəbər verir ki, Paşinyan bunu belə əsaslandırıb: 

"Sonuncu dəfə keçən ilin dekabrında görüşmüşük. O vaxtdan bəri, əlbəttə ki, müzakirə edilməli olan məsələlər yığılıb. Şuranın iclası zamanı biz artıq iqtisadi bloku müzakirə etmişik və əminəm ki, indi biz ikitərəfli münasibətlərin mühüm məsələlərini və regional məsələləri müzakirə edəcəyik”.

Nuranə Abbasova