Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də Azərbaycanda rəsmi səfərdə olarkən Milli Gimnastika Arenası ilə tanış olublar.
"Unikal"ın məlumatına görə, Komplekslə tanışlıqdan sonra Bolqarıstan Prezidenti və birinci xanımı bədii gimnastların nümunəvi çıxışlarına baxıblar.
Daha sonra Prezident Rumen Radev və birinci xanım Desislava Radeva Azərbaycanda fəaliyyət göstərən bolqarıstanlı idmançı və idman xadimləri ilə görüşüblər.
“Qarabağ” futbol klubunun bolqarıstan təmsilçiləri Radevə Bolqarıstan prezidentinin adı yazılmış formanı hədiyyə ediblər.