Türkiyənin Adana şəhərində ondan ayrılmaq istəyən sevgilisini evinin qarşısında vurub, qızını da yaralayan şəxs daha sonra özü intihar etmək istəyib.
Unikal.org xəbər verir ki, 42 yaşlı Fatma T. bir müddət əvvəl həyat yoldaşından ayrılıbmış. 2 ay əvvəl Fatma T. 27 yaşlı Emre A. ilə tanış olaraq sevgili olub. Ancaq bir həftə əvvəl Fatma T. Emre A. ilə yola getmədikərini söyləyərək ayrılmaq istəyib. Ayrılığı qəbul etməyən Emre A. qadını təhdid etməyə başlayıb. Qadını təqib edən Emre A. Fatmanın 22 yaşlı qızı Gizem T. vasitəsi ilə münasibəti yenidən bərpa etməyə çalışıb. Lakin Giznem də Emre A.-nın barışmaq istəyini rədd edincə qarşı tərəf silaha əl atıb.
Ana-balanı güllələyən Emre A. silahdan başına atəş açaraq intihara cəhd edib.
Səs-küyə gələn bina sakinləri dərhal xəstəxanaya və polisə xəbər veriblər. Hadisə yerinə gələn təcili yardım ana, qız və Emre A. -nı xəstəxanaya çatdırıblar. Emre. ilə Fatmanın vəziyyətinin ağır olduğu, Gizemin isə həyati təhlükəsinin olmadığı öyrənilib.
Polis hadisə yerində araşdırma edib dəlilləri yığaraq, istintaqa başlayıb.