Ankarada baş verən terror aktından sonra Özəl Alman Liseyi, həmçinin Türkiyədəki alman konsulluqları bağlanılıb.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, "terror hücumu" şübhəsiylə birgünlük bağlandığı deyilən konsulluqlarla bağlı xəbərə Almaniya XİN-dən də açıqlama gəlib. Məlumatı təsdiq edən nazirlik terror ehtimalı səbəbindən İstanbuldakı Baş Konsulluqla yanaşı, Ankaradakı səfirliyin də bağlandığını bildirib.