Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxs vəfat edib.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi vurub. Xəsarət alan N.Məmmədov yanvarın 29-da evində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.