Bu ilin yanvar ayının 27-dən Azərbaycanda və o cümlədən Bakıda qarlı şaxtalı hava höküm sürür.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası havaların soyuq keçməsi ilə bağlı son 3 gündə quruma daxil olan müraciətlərin sayını açıqlayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və Hospital Oşlər Üzrə Baş həkimin müavini Murad Mirzəzadə Unikal.org-a deyib ki, ümumi müraciətlərin sayında o qədərdə artım müşahidə edilmir.

"Ümumilikdə son 3 gündə müraciətlərin sayı 6 mindən bir qədər yüksəkdir. Stansiyamıza don vurma halı ilə bağlı da hər hansısa bir müraciət daxil olmayıb. Təkcə yanvarın 28-də 2 nəfər qarda sürüşüb xəsarət aldığı üçün təcili yardıma müraciət edib. Onların hər biri orta ağır xəsarətlərlə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

M.Mirzəzadə həmçinin deyib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qış mövsümündə bütün lazımi texnika ilə təmin olunub:

"Bakıda son üç gündə havaların qarlı-buzlu keçməsinə baxmayaraq yollarda xəstələrə vaxtında yardım göstərmək üçün alınan yeni avtomobillərdən istifadə edilmədiyinidə deyib. Hazırda 9-cu stansiyada Yaponiya istehsalı olan "Mitsubishi Pajero markalı 3 ədəd təcili tibb yardım maşını saxlanılır. Tırtırlı təkərlərə sahib olan maşınlar qarlı və buzlu havada hərəkət etmək üçün nəzərdə tutulub.

Bizim əlimizdə olan nəqliyyat vasitələri buzlu və 40 sm-dən artıq qarlı yollarda hərəkət etməyə imkan verir. Bakıda yağan qar 40 sm-dan az olduğu üçün buna ehtiyac olmayıb".