Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-200, Kiçik Qafqazın çaylarında 160-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir.

Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Məlumata görə, yanvarın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 138 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 53 kubmetr olmaqla, ongünlük normanın 79 faizini təşkil edir.

Yanvarın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 11 sm artım, Şirvanda və Bankədə isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 444 sm, Şirvanda 289 sm, Salyanda 251 sm, Bankədə 215 sm, Araz çayının Novruzlu məntəqəsində isə 159 sm təşkil edir.