Xəbər verdiyimiz kimi bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçilib. Tədbirdə prezident İlham Əliyev ölkədə iqtisadi məsələlərlə bağlı mühüm mqamlara toxunaraq, iradlarını və təkliflərini səsləndirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov konfrans və dövlət başçısının toxunduğu məsələrlə bağlı Unikal.org-a şərh edib. O, qeyd edib ki, Azərbaycan prezidenti hələ 10 il qabaq ərzaq təhlükəsizliyinin təmin olunması və qeyri-neft sektounun inkişaf etdirilməsinin vacibliyi ilə bağlı mesaj vermişdi:
"Hər il belə bir konfrans keçirilir. Bu, 2014-2018-ci illəri əhatə edən, regionların iqtisadi inkişafını nəzərdə tutan 3-cü proqramdır. Bu proqram yaxın 4 ili əhatə edir. Bu illər ərzində Azərbaycan hökumətinin qarşısında duran vəzifələr müəyyən olunur. 2004, 2008, 2009, 2013-cü illəri əhatə edən proqramların icraası regionların iqtisadi inkişafında əsasən infrastruktur layihlərinin həyata keçirilməsi ilə əlaqədar idi. İndiki layihələr isə konkret olaraq Azərbaycanda qeyri-neft sektounun inkişafını ön plana çıxardı. Neftin qiymətinin aşağı düşməsi, dünya bazarında gedən proseslər, milli valyutaların devalvasiyası Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət ayrılmasını zəruri etdi. Azərbaycan prezidenti hələ 10 il qabaq ərzaq təhlükəsizliyinin təmin olunması və qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi ilə bağlı mesaj vermişdi. Amma müəyyən zaman kəsiyində bu sahələrə diqqət ayrılmamışdı və əsas sahələr inkişaf etdirilməmişdi. İndi isə kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı diqqət mərkəzindədir. Ötən müddət ərzində Sahibkarlığa Kömək Mili Fondu sahibkarlara 2 milyardan çox güzəştli kredit verib. Dövlət sahibkarların problemlərini aradan qaldırmaq üçün işlər görməyə çalışıb.
Millət vəkili qeyd edib ki, İlham Əliyev indiki şəraitdə Azərbaycan üçün ixracın çox böyük önəm daşıdığnı xüsusilə vurğuladı: "Prezident müyyən nöqsanlara yol verilidiyini bu konfransda dilə gətirdi. Bildirdi ki, məmurlar daha çox diqqətli olmalı, əhali üçün işləməli, rüşvət və korrupsiya hallarına yol verməməlidirlər.
Ölkə başçısı indiki şəraitdə Azərbaycan üçün ixracın çox böyük önəm daşıdığnı da diqqətə çatdırdı. Bu sahəyə diqqətin ayrılmasının vacibliyini vurğuladı. Hesab edirəm ki, dövlət başıçısı tərəfindən bu məsələlər daim diqqətdə saxlanılır. Mütəmmadi olaraq müəyyən korrektlər edilməklə 2014-2018 dövlət proqramının yerinə yetirilməsi üçün ciddi işlər görülür.
Həsən Babayev