"Bəzi təkliflər var ki, Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Təəssüf ki, hələ alınmayıb".

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, bu təkliflə Rusiya tərəfi çıxış edib: "Azərbaycan buna razıdır. Amma bu görüş nəticəli olmalıdır".