Xəbər verdiyimiz kimi bu ilin yanvar ayının 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Tədbirdə çıxışı zamanı Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunub. 

Unikal.org bildirir ki, İlham Əliyev çıxışı zamanı qeyd edib ki, bu il "Azəriqaz ən azı 80 kəndə qaz verməlidir: "Qaz xətləri çəkilməlidir. Qeyd etdiyim kimi, bizdə qazlaşdırma indi 92 faizdir. Bu ilin sonuna qədər bu, 94 faizə çatmalıdır. Səksən kəndin qazlaşdırılması minimum proqramdır. Nə qədər çox olsa, o qədər yaxşıdır".