"Əfsuslar olsun ki, bizdə yun tədarükü ilə bağlı işlər lazımi səviyyədə qurulmayıb"

Unikal.org bildirir ki, bu fikirləri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev deyib. O, bildirib ki, bu il müxtəlif bölgələrdə ən azı 10 tədarük mərkəzi yaradılmalıdır:

"Mən maraqlanmışam, bizdə cəmi bir tədarük məntəqəsi var. Bu, əlbəttə ki, qəbuledilməzdir. Bu il müxtəlif bölgələrdə ən azı 10 tədarük mərkəzi yaradılmalıdır. Burada da həm daxili istehsal, həm də xaricə ixrac etmək üçün mərkəzləşdirilmiş siyasət aparılmalıdır. Biz bu imkanlardan da istifadə etməliyik və burada əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Burada həm tədarük, həm cins, həm də ixrac potensialı məsələləri var. Hər bir sahədən istifadə etməliyik ki, neftdən gələn valyutanın azalmasını biz müəyyən dərəcədə digər sahələrlə bağlaya bilək".