Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan müasir, inkişaf etmiş, xalqının sosial rifahına nail olmuş ölkə kimi İslam həmrəyliyinə öz töhfəsini verməyə çalışır.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisdə "Müasir çağırışlar və İslam həmrəyli mövzusunda konfransda çıxışı zaman deyib.

B.Muradova bildirib ki, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam həmrəyliyi ili elan olunması təsadüfi deyil.

"Bu gün daha çox təhdidlərlə üzləşən İslam ölkələridir. Sirr deyil ki, Qərb-Şərq qarşıdurmasından daha çox İslam ölkələri ziyan çəkir. Ölkələr ərazi bütövlüklərini, dövlətlər öz suverenliklərini necə qorumalıdır? Bu gün dünyada bu barədə müzakirələr gedir. Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan müasir, inkişaf etmiş, xalqının sosial rifahına nail olmuş ölkə kimi islam həmrəyliyinə öz töhfəsini verməyə çalışır. Azərbaycan Prezidenti müasir düynanın üzləşdiyi təhdidləri nəzərə alaraq, 2017-ci ilin "İslam həmrəyliyi ili elan edilməsi ilə bağlı sərəncam verib. İslam dünyasında həmrəylik bütövlükdə dünyanın marağında olmalıdır. Azərbaycanda İslam dini demokratik, sivil cəmiyyət quruculuğuna təkan verir. Ancaq bu gün dünyada İslamın geriliyin səbəbi olması yönündə haqsız olaraq bir baxış var. Ən ağrılısı isə odur ki, bir sıra terror təşkilatları İslamdan vasitə kimi istifadə etməyə çalışırlar.