Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.

Unikal.org AZƏRTAC-a istinadla xəbər verir ki, Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda Prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında media sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.