ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.
Unikal.org xəbər verir ki, bunu TASS-a açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
O bildirib ki, həmsədrlər konfrans çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr aparmaq niyyətindədirlər: "Əgər nazirlər maraq göstərsələr, biz onların birgə görüşünü təşkil edəcəyik.
Həmsədr diqqətə çatdırıb ki, əgər şərait tələb edərsə, üçtərəfli görüşün keçirilməsi imkanı da yarana bilər.
Qeyd edək ki, 53-cü illik Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.