SOCAR yanvar ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.

Dövlət şirkətindən Unikal.org-a verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 54,67 dollara, Urals nefti 53,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 55,14 dollara satılıb.

Qeyd edək ki, dekabrda dünya bazarında Brent tipli xam neftin 1 bareli 53,60 dollara, Urals nefti 52,69 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 54,92 dollara satılıb. Beləliklə, ay ərzində Brent tipli neftin qiyməti 2%, Urals neftinin qiyməti 1,84%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 0,4% artıb.

Ötən ilin yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 30,70 dollara, Urals nefti 29,58 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 32,33 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 78,1%, Urals neftinin qiyməti 81,4%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 70,55% artıb.