Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam Qarabağa tarixi qayıdışın başlanğıcıdır. Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının beynəlxalq hüquqla tənzimlənən haqqıdır.
Unikal.org xəbər verir ki, bu fikirləri AzərTac-a müsahibəsində Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.
Nazir müavini bildirib ki, Prezident İlham Əliyev dəfələrlə cəsarətli addımları ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib. Bu qərar Azərbaycan dövlətinin başçısının növbəti cəsarətli addımıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Cocuq Mərcanlıya qayıdış həm də Ermənistana bir mesajdır ki, işğal altında saxladığı Azərbaycan torpaqlarını geri qaytarsın.