2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir.
Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.
Turan agentliyinin hesablamalarına görə isə 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.
Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb.