Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlində olan Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı məlumatları diqqətlə izləyir.

Unikal.org-un "news.ama istinadən verdiyi məlumata görə, bunu komitənin Xankəndindəki missiyasının mətbuat katibi Eteri Musaelyan deyib."Mandatına uyğun olaraq BQXK əsr düşmüş şəxsin saxlama şəraitini, onunla necə rəftar olunduğunu müşahidə etmək və ailəsi ilə əlaqə qurmasına imkan yaratmaq üçün tezliklə onunla görüşməyə hazırdır, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi E. Hüseynzadənin bir müddət əvvəl hərbi xidmətdən tərxis edildiyini və hazırda hərbi qulluqçu olmadığını açıqlayıb.